Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Görünməz” ulduzlar aşkar edilib
04.02.2020 09:26
  • A-
  • A
  • A+

“Görünməz” ulduzlar aşkar edilib

Astronomlar müəyyən ediblər ki, reallığın əyrilik dərəcəsini ulduzların qravitasiyası vasitəsilə öyrənməklə, ən solğun ulduzları belə aşkar etmək mümkündür.

2016-cı ilin avqust ayında astronomlar Gaia Kosmik Rəsədxanasının köməyi ilə əldə olunmuş məlumatlar əsasında uzaqda yerləşən bir ulduzun parlaqlığının artdığını, sonradan isə solğunlaşdığını müşahidə ediblər.

popmech.ru saytının məlumatına görə, astronomlar bu anomaliyanın səbəbini aydınlaşdırıblar. Buna səbəb Yer kürəsindən 2544 işıq ili məsafədə yerləşən iki qırmızı cırtdan ulduzdan ibarət ulduz sistemi olub. Onlar 2,88 il dövrlə ümumi ağırlıq mərkəzinin ətrafında fırlanırlar. Bu sistem olduqca solğun olduğundan onun işığını görmək mümkün deyil. Lakin alimlər qravitasiya əyriliyi dərəcəsinin qiymətləndirilməsi sayəsində onun kütləsini, Yer kürəsindən uzaqlıq məsafəsini hesablaya biliblər.

Qeyd edək ki, bu üsulla qalaktikanın həssas aparatların belə görə bilmədiyi digər obyektlərini də öyrənmək mümkündür. Lakin astronomlar üçün kiçik qara dəliklər daha böyük maraq kəsb edir. Qiymətləndirmələrə görə, Süd yolunda milyonlarla bu kimi obyekt yerləşib.

  • Paylaş: