Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şərq araşdırmaları” elmi-nəzəri jurnalının ilk sayı işıq üzü görüb
05.02.2020 15:15
  • A-
  • A
  • A+

“Şərq araşdırmaları” elmi-nəzəri jurnalının ilk sayı işıq üzü görüb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının ilk sayı işıq üzü görüb.

Ali Attestasiya Komissiyasının elmi nəşrlər siyahısına daxil olan jurnalın baş redaktoru Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevadır. Nəşrin redaksiya heyətinə Azərbaycanla yanaşı, Rusiya, Rumıniya, Türkiyə və Gürcüstandan alimlər daxildir.

Jurnalda filologiya, tarix, siyasi elmlər, fəlsəfə, ilahiyyat və iqtisadiyyat sahələrinə aid 29 elmi məqalə dərc olunub. Bu sırada “XIX əsrin sonu-XX əsrin əvvəllərində Türkiyədə ictimai-siyasi dəyişikliklərin ədəbi prosesə təsiri və yeni ədəbiyyatın əsas mərhələləri”, “Tənzimatdan II məşrutiyyətə qədər olan dövrdə mətbuat ətrafında yaranan ədəbiyyat mühiti”, “Aşıq Veysəl şeirlərində milliliyin təzahür formaları”, “Sufilikdə məqam və hal anlayışı”, “Türkiyə romanında qadın imzası”, “Müasir fəlsəfə və plüralizmin ünsiyyət mədəniyyətinə dair”, “Peyğəmbərin hədislərində etik normalar” və s. məqalələri qeyd etmək olar.

Jurnalın ikinci sayı üçün məqalə qəbuluna başlanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: