www.science.az
30.09.2014 00:00

“HORİZON 2020-də İKT” Məlumat günü keçiriləcək

Bu il noyabrın 13-də AMEA-nın Əsas binasında Avropa Birliyi Komissiyası, AMEA və Azərbaycan təşkilatlarının iştirak etdiyi Avropa layihələrinin dəstəyi ilə “HORİZON 2020-də İKT” Məlumat günü keçiriləcək.

Tədbirdə Avropa komissiyasının üzvləri, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin İKT təşkilatlarının ekspertləri, təhsil, elmi-tədqiqat və sənaye müəssisələrinin nümayəndələri iştirak edəcəklər.

Onlara HORİZON 2020-nin İKT proqramları və layihələrində iştiraketmə qaydaları barədə məlumat veriləcək.

Bundan əlavə, noyabrın 11-də Kempinski hotel Badamdarda IncoNet EaP, EECA-2-HORIZON və EAST-HORIZON layihələrinin növbəti iclasları və birgə klaster iclası keçiriləcək.

Noyabrın 12-də Avropanın Texnoloji Platformaları (ETP) və elmi-tədqiqat şəbəkələri ilə əlaqələrin qurulması və dəstəklənməsinə dair iclas, noyabrın 14-də isə EAST-HORIZON layihəsinin Azərbaycan tətqiqatçıları üçün HORİZON 2020 Çərçivə Proqramında iştirak etmək qaydalarına dair təlimin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə Almaniya, Avstriya, İtaliya, Fransa, Macarıstan, Portuqaliya, Estoniya, Türkiyə, Polşa,Yunanıstan, İsrail, Rusiya, Belarusiya, Moldova, Ukrayna, Gürcüstan, Qazağıstan, Qırğızıstan və Özbəkistandan olan 60 təqqiqatçının iştirakı nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.