Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib
30.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib

AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov Şuranın fəaliyyətinin təşkili, institutlarda aparılmış monitorinqlərin nəticələri, “Bakı Elm Festivalı-2014”, “AMEA gənc alim və mütəxəssislərinin I futbol çempionatı” ilə bağlı ətraflı məlumat verib. F.Salmanov bu ilin oktyabr ayında yer, texnika və kimya elmləri üzrə Bakıda keçiriləcək gənc alim və tədqiqatçıların I Beynəlxalq elmi konfransına hazırlıq işlərinin mühüm məsələlərdən olduğunu bildirib, bu istiqamətdə görüləcək işləri nəzərə çatdırıb. AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sentyabrın 23-də İdarə Heyətinin Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun rəhbərliyi ilə görüşünü xatırladan F.Salmanov Fond ilə birgə fəaliyyətin əsas istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyi vurğulayıb.

Daha sonra çıxış edən Şuranın İdarə Heyətinin üzvü, Monitorinq Qrupunun rəhbəri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev AMEA-nın 22 elmi müəssisəsi üzrə aparılan monitorinqləri, həlli zəruri məsələləri diqqətə çatdırıb.

Sonda Şuralar üzrə illik hesabatın məzmunu və forması haqqında müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: