Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Arxeologiya, etnoqrafiya və antropologiya üzrə elmi şurasının ilk iclası keçirilib.
İclası şuranın sədri, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyibli açaraq yeni yaradılmış qurumun əsasnaməsi, hüquqları, vəzifələri və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib.
AMEA Rəyasət Heyətinin 25 sentyabr 2019-cu il tarixli qərarı ilə şuranın tərkibinin təsdiqləndiyini deyən N.Müseyibli daxil olan dissertasiya mövzularının və adlarının elmi tutumluluğunun, eləcə də ixtisasa uyğunluğunun müəyyənləşdirilməsinin qurumun başlıca səlahiyyətlərindən biri olduğunu bildirib.
Daha sonra tədbirdə 5 dissertasiya mövzusu müzakirə olunub. Onlardan 3-ü təsdiqlənib, 2 elmi işin isə yenidən baxılması üçün müvafiq institutların və ali məktəblərin elmi şuralarına göndərilməsi qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.