Qazaxıstan Respublikasının Qorqud Ata adına Qızıl Orda Dövlət Universiteti AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutuna rəsmi məktub ünvanlayıb.
Məktubda bildirilir ki, Qızıl Orda Dövlət Universitetinin üç doktorantı martın 2-dən 14-dək Torpaqşünaslıq və Aqrokimya İnstitutunda meliorasiya, torpaqların mühafizəsi və rekultivasiyası ixtisası üzrə elmi təcrübə keçəcək.
Xatırladaq ki, 2019-cu il dekabrın 23-də Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Qızıl Orda Dövlət Universiteti arasında memorandum imzalanıb. Memorandumda birgə magistrant, fəlsəfə və elmlər doktorlarının hazırlanması, elmi seminarların təşkili, təcrübə mübadiləsi və s. məsələlər nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.