www.science.az
02.10.2014 00:00

Ölkə Prezidenti Milli Azərbaycan Tarixi Muzeyinə erkən orta əsrlərə aid saxsı qab hədiyyə edib

Ölkə Prezidenti cənab İlham Əliyev AMEA Milli Azərbaycan Tarixi Muzeyinə erkən orta əsrlərə aid saxsı qab hədiyyə edib

Muzeyin direktoru, akademik Nailə Vəlixanlının sözlərinə görə, saxsı qab sentyabrın 29-da Həştərxanda Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV sammitində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən dövlət başçımıza təqdim edilib. Bu qədim dövr nümunəsi ötən əsrin 30-cu illərində Xəzər dənizinin Bakıətrafı sahillərində aparılan sualtı arxeoloji ekspedisiya zamanı tapılıb.

N.Vəlixanlı muzeyə göstərdiyi diqqət və etimada görə ölkə rəhbərinə təşəkkürünü bildirib. O, eksponatın muzeyin ekspozisiyasında yer alacağını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.