Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.02.2020 15:43
  • A-
  • A
  • A+

Məktəblilərin iki layihəsi respublika müsabiqəsində bürünc medala layiq görülüb

Məktəblilərin iki layihəsi respublika müsabiqəsində bürünc medala layiq görülüb

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının rəhbərliyi ilə yerinə yetirilən iki layihə “Sabahın alimləri” IX Respublika müsabiqəsində “Biologiya” nominasiyası üzrə bürünc medala layiq görülüb.

İnstitutun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun rəhbərliyi altında “Mitoxondridən nüvəyə DNT transferi” layihəsi çərçivəsində aparılan tədqiqatlara görə Yasamal rayonu 177 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Selcan Nurullayeva və Səbail rayonu 160 nömrəli klassik gimnaziyanın 10-cu sinif şagirdi Tuba Əliyeva bürünc medala görülüblər.

Müəssisədə yerinə yetirilən digər layihənin rəhbəri Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Nərgiz Sultanova olub. “Üzüm bitkisində kumarin törəmələrinin boy stimullaşdırıcı təsirləri” layihəsinə görə Bakı şəhəri Nəsimi rayonu 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Feyruz Sultanlı və Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi Xanım Hüseynova bürünc medal qazanıblar.

Müsabiqəyə təqdim olunan layihələrin AMEA-nın alimlərinin rəhbərliyi altında yerinə yetirilməsi istedadlı şagirdlərdə elmə marağın yaradılması baxımından böyük əhəmiyyətə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: