Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti nömrəsi çap olunub
18.02.2020 17:52
  • A-
  • A
  • A+

“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti nömrəsi çap olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının növbəti nömrəsi nəşr olunub.

Jurnalın ilk səhifəsində AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan-Rusiya ədəbi əlaqələri: ənənələr, reallıqlar və perspektivlər” məqaləsi yer alıb. Bu nömrədə “Azərbaycan-Qərb ədəbi əlaqələri”, “Azərbaycan-türk dünyası ədəbi əlaqələri”, “Azərbaycan-slavyan ədəbi əlaqələri”, “Asiya xalqları ədəbiyyatı”, “Şərq xalqları ilə ədəbi əlaqələr” və “Resenziya” bölümlərində müxtəlif elmi məqalələr təqdim olunub. Jurnalda Azərbaycan dili ilə yanaşı, türk, rus, ingilis dillərində yerli və xarici müəlliflərin məqalələri də əksini tapıb. 

Qeyd edək ki, toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınıb. Jurnalın baş redaktoru akademik İsa Həbibbəyli, baş redaktorun müavinləri filologiya üzrə elmlər doktorları, professorlar Məmməd ƏliyevGülər Abdullabəyova və Bədirxan Əhmədovdur. Nəşrin məsul katibi filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, məsul redaktoru isə Maral Poladovadır.

Jurnalın redaksiya heyətinə Azərbaycan, Rusiya, Çin, Özbəkistan, Bolqarıstan, Qırğızıstan, Macarıstan, Çexiya, Cənubi Koreya, Başqırdıstan, Tatarıstan, Qazaxıstan, Türkmənistan, Ukrayna və Polşanın alimləri daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: