Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

20.02.2020 16:38
  • A-
  • A
  • A+

“Səslə bizi Xocalı! Cavanı, həm qocanı” adlı tədbir keçirilib

“Səslə bizi Xocalı! Cavanı, həm qocanı” adlı tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan “Səslə bizi Xocalı! Cavanı, həm qocanı” mövzusunda tədbir keçirilib.

Tədbirdə AR Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər və İnkişaf Mərkəzinin, Mədəniyyət Nazirliyinin Şuşa Dövlət Musiqili Dram Teatrının əməkdaşları, Xəzər Universiteti Dünya Məktəbinin, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının və digər orta məktəblərin müəllim və şagird heyəti iştirak ediblər.

Mərasimdə muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi və şöbənin əməkdaşı Qənirə Qafarlı çıxış edərək tədbirin əsas məqsədinin Xocalı faciəsi barədə həqiqətləri gənc nəslə çatdırmaq və onlarda vətənpərvərlik hisslərini aşılamaq olduğunu bildiriblər.

Daha sonra şagirdlər Xocalı soyqırımına həsr olunan mövzularda məruzələrlə çıxış ediblər.

Sonda Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Xocalı bizi səsləyir” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: