Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimləri Milanda 64-cü Beynəlxalq Fenomenologiya Konqresində məruzələrlə çıxış ediblər
09.10.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Milanda 64-cü Beynəlxalq Fenomenologiya Konqresində məruzələrlə çıxış ediblər

İtaliyanın Milan şəhərində 64-cü Beynəlxalq Fenomenologiya Konqresi keçirilib.

Dünya Fenomenologiya İnstitutu tərəfindən “Eko-fenomenologiya - həyat, insan həyatı və postinsan həyatı kosmosun harmoniyasında” mövzusunda keçirilən Beynəlxalq tədbirdə ölkəmizi AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov, Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə və Azərbaycan Universitetinin müəllimi Sədaqət Əliyeva təmsil ediblər.

Konqresin Elmi Təşkilat Komitəsinin üzvü Səlahəddin Xəlilov açılış mərasimində çıxış edərək fenomenologiyanın yeni inkişaf perspektivlərindən bəhs edib, fenomenologiya ilə islam fəlsəfəsinin müqayisəli təhlilini verib.

Bölmə iclaslarında S. Xəlilov “Həyat situasiyası və holoqrafik yaddaş”, K. Bünyadzadə “Mən – ilahi nurlanma və sosial reallığın kəsişməsində”, S. Əliyeva “Ezoterizmin xronotopik tərkibi və düşüncə modelləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Beynəlxalq tədbirdə Dünya Fenomenologiya İnstitutunun “Springer” nəşriyyatında çap olunan illik məcmuəsi “Analecta Husserliana”nın yeni rəhbərliyi seçilib. S. Xəlilov və K. Bünyadzadə “Analecta Husserliana”nın redaksiya şurasına üzv seçiliblər.

Növbəti Fenomenologiya Konqresinin Bakıda keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: