Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) İnşaat-texnologiya fakültəsinin IV kurs tələbələri Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsinə başlayıblar.
Əvvəlcə tələbələr müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədovla görüşüblər. Görüşdə gənclərə institutun fəaliyyəti, aparılan elmi-tədqiqat işləri və beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verilib. O.Səmədov bildirib ki, tələbələrin AMEA-nın elmi müəssisələrində istehsalat təcrübəsi keçməsi onların gələcək fəaliyyətlərinə stimul verəcək.
Daha sonra tələbələr müəssisənin laboratoriyaları ilə tanış olublar.
Qeyd edək ki, AMİU-nun tələbələri təcrübə müddətində cihaz və avadanlıqlardan istifadə qaydaları da daxil olmaqla, laboratoriyalarda aparılan elmi təcrübələrdə bilavasitə iştirak edəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.