Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

AMEA Mərkəzi Elmi Kitabxanasında Aida İmanquliyevanın 75 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilib
09.10.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Mərkəzi Elmi Kitabxanasında Aida İmanquliyevanın 75 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilib

AMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli alim, professor Aida xanım İmanquliyevanın anadan olmasının 75 illik yubileyinə həsr olunmuş ədəbiyyat sərgisi təşkil olunub.

Sərgidə çıxış edən kitabxananın direktoru, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli tanınmış ədəbiyyatşünas, şərqşünas, tərcüməçi, tənqidçi, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın həyatı, zəngin elmi-pedaqoji və təşkilatçılıq fəaliyyətindən bəhs edib. A.Əliyeva-Kəngərli alimin Azərbaycan şərqşünaslıq elminin və elmi məktəbinin formalaşması və inkişafı istiqamətində müstəsna rolundan, əvəzsiz xidmətlərindən söz açıb.

Qeyd edib ki, A.İmanquliyeva 20 ildən artıq bir müddət ərzində BDU-nun Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirələr oxumuş, xüsusi kurslar aparmış, dissertasiya və diplom işlərinə rəhbərlik etmişdir.

Sərgidə alimin “Cübran Xəlil Cübran”, “Qələmlər birliyi və Mixail Nuaymə”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”, “Şərq və Qərb: Ortaq mənəvi dəyərləri” kimi , eləcə də onun həyat və yaradıcılığına həsr olunmuş Səlahəddin Xəlilovun “Şərq ruhunun Qərb həyatı”, Şərəf Cəlillinin “Daşda çiçək açan Dilbər”, eyni zamanda “Dünya deyilən sənmişsən”, “Романтическая поэзия в контексте Восточно-Западной проблематики”, həmçinin AMEA MEK-də “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası ilə 2009-cu ildə tərtib edilən və alimin həyat və yaradıcılığının biblioqrafiyalaşdırılması sahəsində böyük əhəmiyyətə malik “Aida Nəsir qızı İmanquliyeva: Biblioqrafiya” və s. 100-ə yaxın kitab, 40-dan çox məqalə, video çarx və fotomateriallar nümayiş etdirilib.

Sərgi 15 gün müddətində davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: