Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əlyazmalar yanmır” elmi məqalələr toplusunun yeni sayı çapdan çıxıb
26.02.2020 11:43
  • A-
  • A
  • A+

“Əlyazmalar yanmır” elmi məqalələr toplusunun yeni sayı çapdan çıxıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Əlyazmalar yanmır” elmi məqalələr toplusunun növbəti sayı çapdan çıxıb.

Toplunun baş redaktoru Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.  

Jurnalın bu sayında “Dokumentalistika, arxivşünaslıq və informasiya sistemləri”, “Ədəbiyyatşünaslıq”, “Mənbəşünaslıq”, “Mətnşünaslıq”, “Dilçilik”, “Folklorşünaslıq və mifologiya”,  “Tarixşünaslıq”, “Dinşünaslıq”, “Keçmişdən gələn səslər” və “Yubileylər” rubrikaları üzrə maraqlı məqalələr yer alıb.

Bölmələr üzrə topluda “Nəsiminin bilinməyən şeirləri”, “Şəmsəddin Sivasinin həyatı və şəxsiyyəti”, “Azər Buzovnalı yaradıcılığında vətənpərvərlik motivləri”, “Sufilikdə məqam və hal anlayışı”, “Məmməd Səid Ordubadinin İran haqqında məqalələri”, “Qacarlar sülaləsi dövründə poeziya və Bazgəşt cərəyanı” və s. mövzularda məqalələr dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: