Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.02.2020 09:00
  • A-
  • A
  • A+

Gənc alimlər “Xocalıları tanıyaq və tanıdaq” dəstək kampaniyası keçirib

Gənc alimlər “Xocalıları tanıyaq və tanıdaq” dəstək kampaniyası keçirib

AMEA-nın Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əsgərova, şuranın üzvləri - Yeganə Hacıyeva, Pünhan Səmədli, Zülfüqar Ağayev və könüllülərin iştirakı ilə “Xocalıları tanıyaq və tanıdaq” adlı dəstək kampaniyası keçirilib.

Kampaniyanın əsas məqsədi Xocalıdan olan bir neçə ailəyə maddi və mənəvi yardımın göstərilməsidir.

Xeyriyyə kampaniyasının iştirakçıları Xocalı soyqırımında bir oğlu şəhid, digər oğlu şikəst olan 82 yaşlı Zöhrə nənə, soyqırımda oğlunu itirmiş Nübar ananın evlərini ziyarət edərək, onlara dəstək olublar.

Qeyd edək ki, bu kimi kampaniyaların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: