www.science.az
10.10.2014 00:00

Azərbaycanlı alim Rusiyada keçirilmiş Kataliz üzrə II Rusiya Konqresində iştirak edib

AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev Rusiya Federasiyasının Samara şəhərində keçirilmiş Kataliz üzrə II Rusiya Konqresində (ROSKATALİZ) iştirak edib.

Konqres Rusiya Elmlər Akademiyasının (REA) G.K. Boreskov adına Kataliz İnstitutu, Samara Dövlət Texniki Universiteti, M.V. Lomonosov adına Moskva Dövlət Universiteti, REA A.V. Topçiyev adına Neftkimya Sintezi, N.D. Zelinski adına Üzvi Kimya, REA Sibir Bölməsinin Karbohidrogenlərin Emalı Problemləri institutlarının təşkilatçılığı ilə baş tutub.

Katalizin müasir, qlobal və aktual problemlərinə həsr olunmuş tədbirdə akademik Dilqəm Tağıyev mövzu üzrə məruzə ilə çıxış edib. Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.