www.science.az
10.10.2014 00:00

“Beynəlxalq Geologiya Elmləri Proqramının 610 saylı layihəsi” ilə bağlı II plenar iclas keçiriləcək

Oktyabrın 13-də saat 09:00-da AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) “Beynəlxalq Geologiya Elmləri Proqramının 610 saylı layihəsi” ilə bağlı II plenar iclas keçiriləcək. GGİ-nin təşkilatçılığı, YUNESKO, Beynəlxalq Geologiya Elmləri Birliyi və Kanadanın Tətbiqi Elmlər üzrə Avalon İnstitutunun maliyə dəstəyi ilə keçirilən tədbir çərçivəsində çöl ekskursiyaları təşkil olunacaq. Oktyabrın 20-dək davam edəcək konfrans çərçivəsində Qız Qalası, Şirvanşahlar Sarayı, Qobustan Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, həmçinin qədim tarixə malik Lahıca səyahətlər planlaşdırılır.

Ünvan: Bakı şəhəri, H.Cavid pr., 119

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.