Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Bölməsində “Sabahın tədqiqatçıları” layihəsi uğurla davam etdirilir
11.03.2020 12:18
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində “Sabahın tədqiqatçıları” layihəsi uğurla davam etdirilir

AMEA-nın Naxçıvan Bölməsinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsi davam etdirilir.

Bölmənin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, b.ü.f.d., dos. Ramiz Ələkbərovun rəhbərliyi ilə Naxçıvan şəhər 15 saylı məktəbin IX sinif şagirdi Nigar Kərimova “Naxçıvan Muxtar Respublikası ərazisində limonlu kəklikotu növünün yayılması, tərkibindəki bioloji aktiv maddələrin və faydalı xüsusiyyətlərin öyrənilməsi” mövzusunda tədqiqat aparıb. Limonlu kəklikotundan ekstrakt, həb və dəmləmə hazırlanıb. Ekstraktın tərkibindəki bioloji aktiv maddələrin fotospektr vasitəsilə tərkibi araşdırılıb və müəyyən nəticələr əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: