Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Respublika Seysmoloji Xidmət Mərkəzində dezinfeksiya işləri aparılıb
16.03.2020 09:39
  • A-
  • A
  • A+

Respublika Seysmoloji Xidmət Mərkəzində dezinfeksiya işləri aparılıb

Azərbaycanda koronavirusa qarşı aparılan dezinfeksiya tədbirləri çərçivəsində AMEA-nın institut və elmi təşkilatlarında da müvafiq tədbirlərə başlanılıb. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) dezinfeksiya işləri aparılıb.

Mərkəzdə koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə davamlı olaraq işlər görülür. Yasamal Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri tərəfindən koronavirusun yaratdığı fəsadlar və ondan qorunma yolları haqqında maarifləndirici məlumatlar verilir. Həmçinin mərkəz rəhbərliyinin göstərişi əsasında əməkdaşlara qoruyucu maskalar paylanılıb. Eyni zamanda, işçilərə virusdan qorunmaq üçün gigiyenik qaydalara əməl etmələri tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: