AMEA Rəyasət Heyəti aparatının Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev tutduğu vəzifədən azad edilərək başqa vəzifəyə keçirilib. Qurumun müdiri vəzifəsinə Elmira Əliyeva təyin edilib. Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncamlar imzalayıb.
Qeyd edək ki, Elmira Əliyeva daha öncə sözügedən şöbənin Kadrlar sektorunda baş mütəxəssis vəzifəsində çalışırdı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.