Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.03.2020 09:13
  • A-
  • A
  • A+

Ədəbiyyat Muzeyində Novruz bayramına həsr olunan tədbir keçirilib

Ədəbiyyat Muzeyində Novruz bayramına həsr olunan tədbir keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Novruz bayramı, onun adət-ənənə və atributlarından bəhs edən seminar keçirilib.  

Tədbirdə muzeyin Elmin inkişafı və tədrisi layihələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamil Allahyarov “Novruz dünyanın ən qədim astronomik bayramı” adlı məruzə ilə çıxış edərək, xalq mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş Novruz adətlərinin antik dövrün əfsanəvi dinləri, Günəş təqvimi hesablamaları ilə bağlılığı haqqında məlumat verib.

K.Allahyarov vurğulayıb ki, Novruz bayramının dəqiq günü XI əsrdə, astronom və şair Ömər Xəyyamın rəhbərlik etdiyi alimlər qrupu tərəfindən hazırlanmış yeni Günəş təqvimi ilə təsbit edilib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Müzakirələrdə muzeyin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirli, Beynəlxalq əlaqələr və komprativistika şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Natavan Mustafayeva, Ekspozisiyanın qorunması, izahı və audio müşaiyətin təmini şöbəsinin müdiri Tomiris Babanlı və digərləri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: