Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.03.2020 12:26
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu koronavirusa qarşı dezinfeksiya edilib

Dendrologiya İnstitutu koronavirusa qarşı dezinfeksiya edilib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı profilaktik tədbirlər haqqında” sərəncamının icrasını təmin etmək məqsədilə Dendrologiya İnstitutunda martın 16-17-də dezinfeksiya işləri aparılıb.

Bağın ərazisindəki giriş və çıxışlar, konfrans zalı, yeməkxana, laboratoriya korpusunun bütün otaqları və dəhlizlər xüsusi preparatlarla təmizlənib. İnfeksiyanın yaratdığı fəsadlar və ondan qorunma yolları barədə əməkdaşlar məlumatlandırılıb.

Bundan əlavə, qrip əlaməti müşahidə olunan işçilərin işə davamiyyətinin məhdudlaşdırılması və onların dərhal həkimə getmələri tövsiyə edilib, təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli rejim tətbiq olunub, ezamiyyətlər müvəqqəti olaraq dayandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: