www.science.az
17.03.2020 13:13

Lənkəran Regional Elmi Mərkəzində koronavirus təhlükəsinə qarşı profilaktik tədbirlər görülür

Lənkəran şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) binasında koronavirus təhlükəsinə qarşı dezinfeksiya işləri həyata keçirilib.

Bundan əlavə, LREM-in əməkdaşları arasında maarifləndirici söhbətlər aparılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, AMEA rəhbərliyinin tapşırıq və göstərişləri diqqətə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.