www.science.az
18.03.2020 15:02

“Türkologiya” jurnalının bu il üçün ilk nömrəsi işıq üzü görüb

“Türkologiya” jurnalının 2020-ci üçün ilk nömrəsi (mart sayı) nəşr olunub.

Jurnalın bu sayında mərhum akademik Ağamusa Axundovun müəllimi Muxtar Hüseynzadə haqqında, Azərbaycan türkoloqu Muxtar Hüseynzadənin “Təyini söz birləşmələri” və AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin “Qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələləri” mövzusunda məqalələri yer alıb.

Nəşrdə, həmçinin AMEA-nın müxbir üzvü Akif Musayevin “Əli bəy Hüseynzadənin iqtisadi fikirləri” və Serdar Dağıstanın "Əhməd Yasəvi Universitetində türkoloji araşdırmalar" adlı məqalələri əks olunub.  

Jurnalın bu nömrəsində dərginin baş redaktoru, akademik Kamal Abdullayevin professor Aydın Ələkbərovla müsahibəsi təqdim olunur.

Bundan başqa, oxucular Özbəkistan, Macarıstan, İran alimlərinin elmi məqalələri, Mehman Həsənli, Orhan Baldanen, Alfiya Yusupovanın təqdimatında resenziyalar, Aynur Səfərlinin təqdimatında türkoloji xronikalar, eləcə də böyük dilçi alimlər: Sergey Malov (140), Abdulla Vəliyev (110), Əlövsət Abdullayev (100) və Firdevs Hisamitdinovanın (70) haqqında personalia yazıları ilə tanış ola bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.