Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.03.2020 15:27
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində koronavirus və ondan qorunma yollarına dair məruzə dinlənilib

Naxçıvan Bölməsində koronavirus və ondan qorunma yollarına dair məruzə dinlənilib

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” 11 mart 2020-ci il tarixli sərəncamı ilə bağlı məlumat verib. O, dünyada pandemiyaya çevrilən koronavirus xəstəliyinin Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən zəruri tədbirlərin görüldüyünü qeyd edib, bölmənin elmi-tədqiqat müəssisələrində dezinfeksiya işlərinin aparıldığını bildirib.

Sonra bölmənin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərovun “Koronavirus və ondan qorunma yolları” mövzusunda elmi məruzəsi dinlənilib.

Məruzə dinlənildikdən sonra mövzu ilə bağlı akademik Tariyel Talıbov və biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov çıxış ediblər.

Sonda bir sıra elmi-təşkilati və cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: