www.science.az
18.03.2020 17:26

Milli Azərbaycan Tarixi Muzeyinə yeni arxeoloji eksponat hədiyyə olunub

2020-ci ildə 100 illik yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlaşan AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasına yaxın günlərdə daha bir eksponat daxil olub.

Muzeyin Arxeologiya fonduna hədiyyə edilmiş həmin eksponat keçi təsvirli küpdür. Küp 2009-cu ildə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi altında Ovçulartəpəsi abidəsində aparılan beynəlxalq arxeoloji qazıntılar zamanı tapılıb. 

Saxlanma vəziyyətinə görə bu nadir maddi-mədəniyyət nümunəsi tam deyil, bərpa olunub.

Mütəxəssislər tərəfindən e.ə. V minilliyə aid edilən küp Azərbaycanın qədim tarixinə və zəngin mədəniyyətinə aid qiymətli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.