AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq, Mərkəzi Elmi Kitabxanada (MEK) sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər həyata keçirilib.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün kitabxananın bütün otaqları, konfrans zalları, sərgi salonları və dəhlizlərində dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, MEK-də oxuculara, əməkdaşlara və AMEA-nın digər müəssisələrinin işçilərinə tibbi xidmət göstərilir. Kitabxanadakı “İlk tibbi yardım” otağı əməkdaşları və oxucuları qəbul etməyə hazırdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.