Hazırda mövcud olan metodikalar koronavirusu 2 saat ərzində aşkar etməyə imkan verir. Rusiya alimləri bu vaxtı 90 dəqiqəyə qədər azaldacaq test-sistemi yaradıblar.
poisknews.ru saytının məlumatına görə, Federal Tibbi-Bioloji Agentliyin (FTBA) tətbiqi COVID-19-u daha sürətli müəyyən etməkə yanaşı, onu mövcud analoqlarından əhəmiyyətli dərəcədə daha dəqiq təqdim edəcək. Bu barədə FTBA-nın rəhbəri Veronika Skvortsova məlumat verib. Onun sözlərinə görə, test-sistemi artıq gələn həftə dövlət qeydiyyatına təqdim ediləcək.
Bundan başqa, ekspress-testlərin yaradılması üzərində iş aparılır. Güman edilir ki, tədqiqatların nəticələri iki həftə ərzində məlum olacaq.