Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Fizika İnstitutunda dərslər onlayn formada davam etdirilir
04.04.2020 11:46
  • A-
  • A
  • A+

Fizika İnstitutunda dərslər onlayn formada davam etdirilir

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığı nəzərə alınaraq, AMEA-nın Fizika İnstitutunda magistrantlar üçün dərslər distant qaydada tədris olunur.

Belə ki, martın 29-dan etibarən institutun birinci kurs magistrantları üçün dərslər müvafiq cədvələ uyğun olaraq onlayn formada davam etdirilir.

İkinci kurs magistrantlar isə elmi-pedaqoji təcrübə keçirlər. Təcrübələr fizika üzrə fəlsəfə doktoru, dosent Nadir Mustafayevin rəhbərliyi ilə distant qaydada təşkil edilir. Təcrübə məqsədi ilə ikinci kurs magistrantlar ixtisaslarına uyğun müəllimlərin birinci kurslardakı tədris prosesinə qoşulurlar.

Qeyd edək ki, ümumilikdə Fizika İnstitutunda birinci kurslar 9 ixtisas (“Nəzəri və riyazi fizika”, “Bərk cisimlər fizikası”, “Kvant elektronikası”, “Bioloji sistemlər fizikası”, “Yarımkeçiricilər fizikası”, “Nanoelektronika”, “Nanohissəciklər fizikası”, “Biofizika”, “Atom və nüvə fizikası”), ikinci kurslar isə 5 ixtisas (“Nəzəri və riyazi fizika”, “Kvant elektronikası”, “Bioloji sistemlər fizikası”, “Yüksək enerjilər fizikası” və “Yarımkeçiricilər fizikası”) üzrə magistratura təhsili alırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: