Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Botanika İnstitutunda distant tədris təsdiqlənmiş dərs cədvəli və fənn sillabuslarına uyğun davam etdirilir
08.04.2020 13:52
  • A-
  • A
  • A+

Botanika İnstitutunda distant tədris təsdiqlənmiş dərs cədvəli və fənn sillabuslarına uyğun davam etdirilir

AMEA-nın Botanika İnstitutunda distant tədris təsdiqlənmiş II semestr dərs cədvəli və fənn sillabuslarına uyğun olaraq həyata keçirilir. II kurs magistrantların elmi rəhbərləri onlarla distant əlaqə yaradaraq dissertasiya işlərinin fərdi iş planına uyğun, vaxtında tamamlanması üçün elmi-metodiki məsləhətlər verirlər.

Magistrantlar mühazirə və təqdimatların elektron variantını e-poçt vasitəsilə əldə edirlər. Dərsin gedişatı zamanı şəkil və video-materiallar Təhsil şöbəsinə təqdim edilir.

Mütəmadi olaraq dərslər haqqında müəllim və magistrantlardan məlumat alınır, dərslərin gedişatına nəzarət edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: