Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Xarici ölkələrdə yaşayan riyaziyyatçı həmkarlarımla elmi əlaqələrimi davam etdirirəm”
10.04.2020 14:35
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Xarici ölkələrdə yaşayan riyaziyyatçı həmkarlarımla elmi əlaqələrimi davam etdirirəm”

Bu barədə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdənov məlumat verib. Alim öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası və xüsusi karantin rejimi ilə bağlı tələblərinə uyğun qurduğunu deyib.

Rəhbərlik etdiyi institutun əməkdaşları ilə mütəmadi olaraq onlayn formada əlaqə saxladığını deyən Misir Mərdanov bu qurumda magistratura təhsilini davam etdirən 12 nəfərə onlayn dərslərin keçirildiyini qeyd edib. Bildirib ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən, institut əməkdaşlarının mart ayı üçün nəzərdə tutulan əməkhaqları da ödənilib.

Konkret elmi-tədqiqat planına uyğun olaraq araşdırmalarını davam etdirdiyini deyən institut direktoru doktorant və dissertantlarla da virtual əlaqələr yaratdığını, onlara lazımi köməkliyi göstərdiyini vurğulayıb.

M.Mərdanov qeyd edib ki, baş redaktoru olduğu “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalının növbəti nömrəsinin çapa hazırlığı ilə bağlı redaksiya heyətinin üzvləri ilə onlayn əlaqələr qurulur: “Xarici ölkələrdə yaşayan riyaziyyatçı həmkarlarımla da mütəmadi əlaqə saxlayır, onların sağlamlıq durumu ilə maraqlanır, elmi əlaqələrimi davam etdirirəm. Eyni zamanda, öncədən nəşrini nəzərdə tutduğum iki kitab üzərində işləyirəm”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: