Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Sənətkarın elmi pasportu” seriyasından növbəti monoqrafik tədqiqat
14.04.2020 14:07
  • A-
  • A
  • A+

“Sənətkarın elmi pasportu” seriyasından növbəti monoqrafik tədqiqat

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və intibah ədəbiyyatı şöbəsində böyük Azərbaycan şairi Xaqani Şirvaniyə həsr olunmuş geniş həcmə malik monoqrafik tədqiqatın üzərində iş başa çatdırılıb. Bu, müstəqilliyimiz dövründə Azərbaycan ədəbiyyatının görkəmli klassiklərindən olan Xaqani Şirvaninin həyatı və yaradıcılığına həsr olunmuş ilk ümumiləşdirilmiş elmi əsərdir.

Monoqrafiyanın hazırlanmasında Ortaq başlanğıc və intibah ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov və şöbənin əməkdaşları yaxından iştirak ediblər. Kitabın sonunda Xaqani Şirvaninin əsərlərinin və əlyazmalarının, habelə onun haqqında yazılmış elmi əsərlərin biblioqrafiyası verilib.

Nəşrin elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.

Kitab Ədəbiyyat İnstitutunda müəyyən edilmiş “Sənətkarın elmi pasportu” seriyasından çap olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: