Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutu əməkdaşları səhralaşma problemlərinə həsr olunmuş konransda iştirak ediblər
17.10.2014 00:00
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutu əməkdaşları səhralaşma problemlərinə həsr olunmuş konransda iştirak ediblər

AMEA Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə, coğrafiya üzrə fəlsəfə doktorları Sevil Quliyeva və İrina KuçinskayaQazaxıstanın Astana şəhərində ezamiyyətdə olublar.

Orta Asiya ölkələri, Çin, Azərbaycan, Rusiya, Monqolustan, Belarus və Ukraynadan 120-dən çox mütəxəssisinin qatıldığı “Mərkəzi Asiyanın səhralaşması: qiymətləndirmə, proqnoz, idarəetmə” I Beynəlxalq elmi-praktiki konfransı Qazaxıstan Milli Coğrafiya Cəmiyyəti, Coğrafiya İnstitutu və BMT-nin İnkişaf Proqramının himayəsi və birgə iştirakı ilə təşkil olunub.

Konfransda təbii ehtiyatların qorunması və effektiv istifadəsi, iqlim dəyişmələri və antropogen yüklənmələrin güclənməsi şəraitində səhralaşma proseslərinin proqnozlaşdırılması və idarə olunması, ətraf mühitin mühafizəsi və davamlı inkişafı məqsədilə profilaktik tədbirlərin qiymətləndirilməsi məsələləri müzakirə olunub.

Müasir landşaftın həssaslığının ekspert qiymətləndirilməsi haqqında məlumat verən E.Əlizadə “İqlim dəyişkənliyi və antropogen yüklənmələrin güclənməsi şəraitində Azərbaycanda səhralaşma proseslərinin inkişafı tendensiyası” adlı məruzə ilə çıxış edib. O, eyni zamanda coğrafiya üzrə fəlsəfə doktoru F.Akiyanova ilə birgə “Səhralaşma: nəzəri aspektlər, iqlim dəyişikliyi və antropogen yüklənmələr şəraitində qiymətləndirmə və idarəetmə” bölməsinin moderatoru kimi çıxış edib.

Bölmədə səhralaşma proseslərinin yerüstü, kosmik monitorinqi və quraqlığın yaranması, müxtəlif ekosistemlərdə səhralaşma prosesləri, səhralaşmada iqlim, texnogen və demoqrafik proseslərin təsiri haqqında məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: