www.science.az
15.04.2020 13:59

“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn konfrans keçiriləcək

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda onlayn konfrans keçiriləcək.

Konfransda aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılacaq:

- Yeni pandemiya və epidemiya təhlükələrinin qarşısının alınmasında müasir elmi biliklərin və innovativ texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlıq və milli biotəhlükəsizlik çağırışları;

- Təkamül və epidemiologiya, gələcək risklər;

- Viral müxtəliflik, koronaviruslar dünyası, onların təkamül dinamikası;

- Yeni koronavirusların yaranması və onlara qarşı immunitetin inkişafı üçün populyasion genom tədqiqatları;

- COVID-19 pandemiyasının diaqnostika və müalicə üsulları;

- Viruslara qarşı mübarizədə peyvəndlərin, antiviral dərmanların, bitki təbiətli birləşmələrin tətbiqi;

- Epidemik alovlanmaların proqnozlaşdırılması, riyazi modellər;

- Pandemiyalar və bioetik problemlər;

- Mikrobiologiya, virusologiya və molekulyar biotexnologiya elmlərinin gələcək inkişaf perspektivləri.

Seminarda çıxış etmək istəyənlər tezislərini 11 may 2020-ci il tarixinədək afig.mammadov@gmail.com elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində “COVID-19 – konfrans” sözlərinin yazılması tələb olunur.

Tezislər Word A4 formatında, Arial 12 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoymaqla), sətirlərarası 1.15 qoymaqla, 1 səhifə həcmində olmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.