Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Milyardlarla il ərzində Yerin nüvəsində dəmir “axını” baş verib
16.04.2020 11:45
  • A-
  • A
  • A+

Milyardlarla il ərzində Yerin nüvəsində dəmir “axını” baş verib

Aparılan tədqiqatlara əsasən, dəmirin daha ağır izotoplarının mantiyaya “miqrasiya” etdiyi ehtimal edilir.

Yerin nüvəsi və mantiya arasındakı sərhəd təxminən 2900 kilometr dərinlikdə yerləşir. Daha qaynar nüvədən soyuq mantiyaya keçid zamanı hərarət 1000 dərəcədən aşağı düşür. Tədqiqat aparan alimlər bildirirlər ki, dəmirin ağır izotopları daha aşağı hərarətə (mantiyaya) doğru miqrasiya edir, eyni zamanda, yüngül izotoplar nüvəyə qayıdır.

popmech.ru saytının məlumatına görə, nüvə və mantiya arasındakı sərhəddə gedən fiziki proseslərin öyrənilməsi alt mantiyada seysmik aktivliyin anlaşılması, Yerin dərin qatları və onun səthi arasında baş verən kimyəvi və istilik mübadiləsinin modelləşdirilməsi üçün zəruridir.

Tədqiqatçı Çarlz Leşer sınaqlar zamanı dəmir izotoplarının müxtəlif temperatur şəraiti olan sahələrdən keçməsini təhlil edib. Bu sınaqlar mantiya süxurlarında erkən Günəş sisteminin ilkin materialı olan xondritlərə (meteoritlərin bir növü) nisbətən daha ağır dəmir izotoplarının yerləşməsinin səbəbini izah edə bilər. Nəticələr göstərir ki, milyardlarla il ərzində dəmir nüvədən mantiyaya sızıb.

Tədqiqat qrupu tərəfindən həyata keçirilən kompüter modelləşdirilməsinə əsasən, material yuxarı qalxan qaynar mantiya axınına qarışaraq nüvədən hətta səthədək çıxa bilər. Samoa və Havay kimi adalarda püskürən lava ağır dəmir izotopları ilə zəngindir. Ç.Leşerin fikrincə, bu, “sızan” nüvənin əlaməti ola bilər.

  • Paylaş: