www.science.az
18.04.2020 13:32

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

26-27 noyabr 2020-ci il tarixlərində AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 80 illik yubileyinə həsr olunan “Klassik Azərbaycan ədəbiyyatı və incəsənətinin milli özünütəsdiqdə və Mərkəzi Asiyadakı mədəni tərəqqidə yeri” adlı beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaq:          

- Klassik ədəbiyyat və folklor;

- Mənbəşünaslıq;

- Müasir ədəbi proses və ədəbi tənqid;

- Ədəbiyyatşünaslığın nəzəri problemləri;

- Muzeyşünaslıq;

- İncəsənət tarixi və kulturologiya;

- Tarix;

- Dinşünaslıq;

- Fəlsəfə;

- Dilçilik

Məruzə tezislərinin tərtibinə dair tələblər:
- Məqalənin mətni A4 formatda, Word redaktorunda, 12 ölçülü “Times New Roman” şriftində, sətirlərarası - 1,5 intervalla olmalıdır;

- Mətnin əvvəlində böyük şriftlə məruzənin adı, altında müəllifin adı, soyadı, atasının adı, elmi dərəcəsi (varsa), iş yeri, elektron ünvanı kiçik şriftlə yazılmalıdır;

- Tezisin mətni ingilis dilində xülasə olmaqla 2 səhifəyə qədər olmalıdır;

Məruzələrin qəbulu üçün son tarix: 20 sentyabr 2020-ci il

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

Tel.: (994 12) 492 31 79

E-mail: nizamimuzeyi80@mail.ru  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.