Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Pandemiya şəraitində "Horizon 2020": Tibbi araşdırmalar” mövzusunda vebinar keçiriləcək
20.04.2020 15:38
  • A-
  • A
  • A+

“Pandemiya şəraitində "Horizon 2020": Tibbi araşdırmalar” mövzusunda vebinar keçiriləcək

25 aprel 2020-ci il tarixində saat 12:00-da “Pandemiya şəraitində “Horizon 2020”: Tibbi araşdırmalar” mövzusunda vebinar keçiriləcək. Vebinarın “Skype” üzərindən təşkil edilməsi planlaşdırılır. Tədbirdə “Horizon 2020” proqramı üzrə milli əlaqələndirici şəxslər tərəfindən mövcud vəziyyət, yeni çağırışlar və layihə imkanları barədə məlumat veriləcək.

Tədbirin proqramına əsasən, AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov “COVID-19 və elmi əməkdaşlıq layihələri üçün imkanlar”, Azərbaycan Tibb Universitetinin dosenti Rəhimə Qabulova “Horizon 2020” çərçivəsində “Səhiyyə, demoqrafik dəyişiklilər və rifah” sahəsində layihə imkanları”, Milli Onkologiya Mərkəzinin Nüvə təbabəti bölməsinin rəhbəri Fuad Novruzov “Ağciyərlərin COVID-19 bənzəri iltihabında Pozitron Emissiya Tomoqrafiya (PET) və kompüter tomoqrafiyasının əhəmiyyəti: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin koordinatorluğunda” mövzularında məruzələrlə çıxış edəcəklər.

Vebinarda, həmçinin Azərbaycan Milli Antidoping Agentliyinin Elm şöbəsinin müdiri İlham Hümbətov tərəfindən “Azərbaycanda elmin inkişafı üçün COST proqramı çərçivəsində imkanlar”, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, t.ü.f.d. Zaur Həsənov tərəfindən “COVID-19 üzrə Mari Sklodovska-Küri proqramı çərçivəsində layihə imkanları” mövzusunda məruzələr təqdim olunacaq.  

Vebinara qoşulmaq istəyənlər aprelin 23-ü saat 16:00-a kimi qeydiyyatdan keçməlidir.

Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə esmira.alirzayeva@science.az ünvanı vasitəsilə müraciət etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: