Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Aşqarlar Kimyası İnstitutu gənclər üçün mükafat müsabiqəsi elan edir
21.04.2020 15:13
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutu gənclər üçün mükafat müsabiqəsi elan edir

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu gənc alim və mütəxəssislər üçün “Gənclər üçün akademik Əli Quliyev mükafatı” müsabiqəsi elan edir. Müsabiqə institutun yaranmasının 55 illiyi münasibətilə təşkil olunur.

Müsabiqənin şərtlərinə görə, bu mükafata institutda çalışan və yüksək elmi nəticə göstərən gənc alimlər layiq görüləcək. Namizədlərin seçimi bir neçə meyar əsasında aparılacaq. Bu meyarlara namizədlərin əldə etdiyi nəticələrin elmi və praktik əhəmiyyəti, nüfuzlu xarici (impakt faktoru yüksək olan) jurnalda dərc olunan məqalələri, xarici ölkələrdə beynəlxalq konfranslarda məruzə etməsi, əhəmiyyətli patent alması, elmi əsərlərinə olan istinadlar daxildir.

Müsabiqəyə sənəd qəbulu onlayn formada aparılacaq. Ekspert Komissiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: