www.science.az
21.04.2020 15:19

AMEA-nın müxbir üzvü Pənah Muradov “Mədəniyyət” kanalında yayımlanan “Ekoetika” verilişinin qonağı olub

Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov “Mədəniyyət” kanalında yayımlanan “Ekoetika” verilişinin qonağı olub.

O, təbiətin “təbiiliyinin” pozulması nəticəsində yaranan müxtəlif epidemioloji xəstəliklər, insan ölümlərinin sayının artması, eləcə də insan sağlamlığına təsir edən amillərin ağırlaşmasının səbəblərindən danışıb. Bildirib ki, ətraf-mühitə antropogen təsir və onun artım tempinin getdikcə yüksəlməsi, hərbi münaqişə ocaqlarının mövcud olması, insanların miqrasiyasının kəskin sürətdə artması və onların təbiətə münasibətinin dəyişməsi bu səbəblər sırasındadır.

Verilişi bu link vasitəsilə izləmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.