Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Coğrafiya İnstitutunun direktor müavini İTV kanalına müsahibə verib
23.04.2020 14:32
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun direktor müavini İTV kanalına müsahibə verib

AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, c.ü.f.d., dosent Məhərrəm Həsənov İTV kanalında yayımlanan "Sabaha saxlamayaq" verilişinə "Skype" vasitəsilə müsahibə verib.

Alim istifadə olunmuş maska və əlcəklərin utilizasiyası məsələsindən danışıb, onların küçəyə atılmasının yolverilməz olduğunu və gələcəkdə kəskin infeksiyaların yayılması ilə nəticələnə biləcəyini söyləyib. M.Həsənov bu cür halların qarşısının alınması üçün ərazi mənzil istismar idarələri tərəfindən xüsusi zibil qutularının ayrılmasının zəruri olduğunu qeyd edib.

Verilişi bu link vasitəsilə izləmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: