Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

MBBİ-nin əməkdaşı koronovirusla mübarizə tədbirlərinə dair müsahibə verib
25.04.2020 13:36
  • A-
  • A
  • A+

MBBİ-nin əməkdaşı koronovirusla mübarizə tədbirlərinə dair müsahibə verib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) böyük elmi işçisi Aytən Ağayeva ATV kanalının “ATV Qərargah” verilişinə müsahibə verib.

Koronovirusla mübarizə tədbirləri mövzusuna həsr olunmuş verilişə videobağlantı vasitəsilə qoşulan A.Ağayeva COVID-19 əleyhinə vaksinlərin hazırlanması istiqamətində dünyada görülən işlərdən danışıb.

İki il öncə ABŞ-ın Beynəlxalq Molekulyar Biotexnologiyalar Mərkəzində yeni dərman preparatlarının hazırlanmasında iştirak edən A.Ağayeva normal şəraitdə insan hüceyrələri üçün təhlükəsiz vaksin preparatlarının hazırlanması prosesinə uzun illər tələb olunduğunu, bu prosesin dörd mərhələdən ibarət olduğunu qeyd edib. Onun sözlərinə görə, uzun illərin sərf olunduğu bu prosesə ilkin tədqiqatlar və skrininq, müxtəlif heyvan modelləri üzərində peyvəndlərin yoxlanıldığı pre-klinik tədqiqatlar, insanlar üzərində aparılan üç fazadan ibarət klinik araşdırmalar, eləcə də vaksinin fəallığının təsdiq edilməsi və satışa buraxılması mərhələləri daxildir.

A.Ağayeva əlavə edib ki, koronovirusun hazırda dünyada geniş yayılmasını nəzərə alaraq dünyanın aparıcı təşkilatları bu virusa qarşı vaksinin bu ilin sonu və ya gələn ilin əvvəllərində satışa buraxılacağını iddia edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: