Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Elmi İnnovasiyalar Mərkəzində “Zərdab rayonu: regional innovasiya proqramı (2014-2018-ci illər)” müzakirə olunub
21.10.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Elmi İnnovasiyalar Mərkəzində “Zərdab rayonu: regional innovasiya proqramı (2014-2018-ci illər)” müzakirə olunub

AMEA Elmi İnnovasiyalar Mərkəzində (EİM) “Zərdab rayonu: Regional İnnovasiya Proqramı (2014-2018-ci illər)” müzakirə olunub. Tədbirdə EİM-in rəhbərliyi və Zərdab rayon İcra Hakimiyyətinin başçısı, iqtisad üzrə fəlsəfə doktoru Lütvəli Babayev iştirak ediblər. Zərdab rayon İcra Hakimiyyətinin müraciəti əsasında EİM-in mütəxəssisləri tərəfindən Azərbaycanda ilk dəfə tərtib edilən Proqramı iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev təqdim edib.

Qeyd olunub ki, proqram “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi Dövlət Proqramı, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına uyğun tərtib edilib.

Proqramda Zərdab rayonunun coğrafi-iqtisadi və sosial xarakteristikası, sosial-iqtisadi inkişafının iqtisadi fəaliyyət sahələri üzrə mövcud durumu, rayonda daxili və xarici investisiyalardan istifadənin nəticələri, mövcud innovasiya ifrastrukturunun fəaliyyəti, yeni iş yerlərinin yaradılması və məşğulluğun təmin edilməsinin vəziyyəti təhlil edilərək qiymətləndirilib. Həmçinin rayonun sosial-iqtisadi sisteminə daxil olan sahələrin innovasiya fəaliyyətinin genişləndirilməsi üzrə kompleks xarakterli tədbirlər işlənilib, sosial-iqtisadi və innovativ inkişafı xarakterizə edən göstəricilərin proqnozu verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: