Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  RƏSMİ SƏNƏDLƏR

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı
27.04.2020 11:12
  • A-
  • A
  • A+

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası bildirir ki, 2020-ci ilin Dövlət Mükafatlarına aşağıdakı işlər təqdim edilmişdir:

Elm sahəsi üzrə:

1. Əsgər Zeynalov – “Fransız ədəbiyyatına aid silsilə əsərlər”

Azərbaycan Dillər Universiteti təqdim etmişdir.

2. Elmira Ramazanova, Vasif Əliyev, İbrahim Həbibov – “Təbii və səmt qazların energetik halı” (Almaniyada nəşr olunmuş kitab).

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu təqdim etmişdir.

3. Mehman Süleymanov – “Azərbaycan Ordusunun tarixi” (beşcildlik).

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyası təqdim etmişdir.

4. İradə Ələsgərova – “Azərbaycan kitabının bədii və texniki tərtibatı tarixi”.

Odlar Yurdu Universiteti təqdim etmişdir.

5. Fəxrəddin Qədirov, Dadaş Hüseynov, Pərviz Məmmədov, Arif İsmayılzadə, Tələt Kəngərli, Qurban Yetirmişli, Cəbrayıl Azadəliyev, Muxtar Rüstəmov, Rahid Rəhmanov, Solmaz Vəlizadə - “Azərbaycan ərazisinin geologiyası və faydalı qazıntıları” (silsilə əsərlər).

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu təqdim etmişdir.

6. Vasif Babazadə, Şəhla Abdullayeva -“Azərbaycanın mineral-xammal resurslarının kompleks tədqiqinə həsr olunmuş silsilə əsərlər”.

Bakı Dövlət Universiteti təqdim etmişdir.

7. Şahbaz Muradov – “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri”.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu təqdim etmişdir.

8. Qüdrət Kəlbəliyev, Dilqəm Tağıyev, Sakit Rəsulov – “Dispers sistemlər sahəsində fundamental tədqiqatlar və ingilis dilində nəşr olunmuş “Dispers mühitlərdə daşınma fenomenləri” adlı monoqrafiya.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri–üzvi Kimya İnstitutu təqdim etmişdir.

9. Nəsir Əhmədli - “Jurnalistin nitq mədəniyyətinin əsasları” (dərslik).

Azərbaycan Mətbuat Şurası təqdim etmışdir.

10. İdris Abbasov – “Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiqat və şərhi”.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu təqdim etmişdir.

11. Nazım Məmmədov, Məhəmməd Babanlı, İmaməddin Əmiraslanov, Nadir Abdullayev, Ziya Əliyev – “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri”.

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu təqdim etmişdir.

12. Nağdəli Zamanov – “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” - dördcildlik.

Azərbaycan Tibb Universiteti təqdim etmişdir.

13. Hacı Qulamhüseyn Sultanlı – “Azərbaycan arıçılıq ensiklopediyası”.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarliq Elmı-Tədqiqat İnstitutu təqdim etmışdir.

14. Qəzənfər Kazımov – “Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)”.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu təqdim etmişdir.

Texnika sahəsi üzrə:

1. Vaqif Abbasov, Elmar Abdullayev, Cəlal Məmmədov, Vüqar Fərəcov, Teyyub İsmayılov, Rəna Əsədova, Nəcla Nəbiyeva – “İki və üç qida elementli yeni gübrələr və bitkilərin boy stimullaşdırıcıları: araşdırmalar, sınaqlar, tətbiq”.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft - Kimya Prosesləri İnstitutu təqdim etmişdir.

2. Ayaz Abdullayev, Əli Nəcəfov, Ramiz Qasımov, Bəyalı Əhmədov, Anar Haciyev – “Ştanqlı quyu nasoslarının innovativ mexaniki intiqalı”.

Azərbaycan Texniki Universiteti təqdim etmişdir.

Memarlıq sahəsi üzrə:

1. Ömər Eldarov, Elbay Qasımzadə - “Maestro Niyazinin Bakı şəhərində ucaldılan abidəsi”.

Azərbaycan Respublikasının Memarlar İttifaqı təqdim etmişdir.

Mədəniyyət sahəsi üzrə:

1. Eldar İskəndərzadə, Vasif Məmmədzadə, Rafiq Quliyev – “Fədakar” ikihissəli bədii-sənədli film.

PSG Production MMC təqdim etmişdir.

2. Vasif Allahverdiyev – “Heydər Əliyev - ömür yolu” (simfonik poema).

Azərbaycan Milli Konservatoriyası təqdim etmişdir.

3. İlqar Fəhmi, Mehriban Ələkbərzadə - “Mənəm, mən...” tamaşası.

“YUĞ” Dövlət Teatrı təqdim etmişdir.

4. Firəngiz Əlizadə - “Nasimi-Passion” vokal-simfonik əsəri və Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində xidmətləri”

Yaradıcı Qadınlar İctimai Birliyi təqdim etmişdir.

Ədəbiyyat sahəsi üzrə:

1. Yunus Oğuz (Əliyev)- “Ovçu”(roman).

Azərbaycanda Atatürk Mərkəzi təqdim etmişdir.

2. İsa Həbibbəyli – “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri”.

Azərbaycan Yazıçılar Birliyi təqdim etmişdir.

3. Teymur Əhmədov – “Nəriman Nərimanov (həyatı, mühiti, yaradıcılığı)”.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Ədəbiyyat İnstitutu təqdim etmişdir.

Dövlət Mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədilə idarə və təşkilatlardan, ictimai və yaradıcı birliklərdən xahiş olunur ki, yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.

Komissiyanın ünvanı: 

AZ1066 Bakı şəhəri, Lermontov küçəsi, 68.Azərbaycan Respublikasının Nazirlər Kabineti.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: