Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanlı alim Özbəkistanda keçirilən iki onlayn elmi konfransa qatılıb
27.04.2020 13:03
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Özbəkistanda keçirilən iki onlayn elmi konfransa qatılıb

Özbəkistandakı Nəvai Dövlət Pedaqoji İnstitutu “Təhsildə müəllim-tələbə sistemi keyfiyyət və səmərəliliyin qarantıdır" mövzusunda elmi konfrans keçirib.

Konfransı institutun rektoru, professor Bahadur Sabirov açaraq ilk sözü AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovaya verib. Onlayn rejimdə keçirilən konfransda nəvaişünas alimin “Əlişir Nəvai və Pəhləvan Məhəmməd (Əlişir Nəvainin “Haləti-Pəhləvan Məhəmməd” əsəri müstəvisində)” adlı məruzəsi dinlənilib.

Buxara Dövlət Universitetinin aprelin 25-də keçirdiyi “Müasir filologiyada inteqrasiya prosesləri” mövzusunda elmi konfransda isə azərbaycanlı alim “Əlişir Nəvai irsinin Azərbaycanda tədqiqi metodikası” adlı məruzə ilə çıxış edib.

Hər iki konfransa özbək alimlərlə yanaşı, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin nümayəndələri də qatılaraq məruzələr ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: