Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib
29.04.2020 13:05
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib

Aprelin 28-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elmi surasının onlayn iclası keçirilib.

Onlayn iclasda mövcud vəziyyətin təhlili, əməkdaşların sosial təcrid şəraitində fəaliyyəti, institutun magistraturasında distant tədrisin davamlılığının təmin edilməsi və digər məsələlər müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, ölkədə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin əhəmiyyətindən danışıb. Direktor Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən operativ tədbirlər sayəsində pandemiyanın miqyasının nəzarətdə saxlanıldığını, bu proses çərçivəsində həssas təbəqəyə aid vətəndaşların qorunması ilə bağlı önəmli addımların atıldığını vurğulayıb. 

Misir Mərdanov ən qısa zamanda bu çətin və məsuliyyətli vəziyyətdən çıxaraq yenidən normal həyata qayıdacağımıza inamını ifadə edib.

Daha sonra qurumun elmi işlər üzrə direktor müavini, professor Ədalət Axundov institutda magistratura təhsilinin gedişatı barədə danışıb. Bildirib ki, magistrantlar üçün dərslər təsdiq olunmuş dərs cədvəlinə əsasən distant formada tədris olunur. İkinci kurs magistrantlar isə elmi-pedaqoji təcrübə keçirlər: "Bu il təhsilini başa vuracaq üç magistrant elmi rəhbərləri ilə mütəmadi olaraq əlaqə saxlayır, dissertasiya işlərinə dair məsləhətlər alırlar".  

Sonra institutun Dissertasiya şurasının katibi, f.ü.f.d., dosent Tamilla Həsənova şuranın fəaliyyəti barədə məlumat verib. Bildirib ki, hazırda şurada üç dissertasiya işi müdafiəyə hazır vəziyyətdədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: