Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Folklor İnstitutunun əməkdaşlarının elmi-tədqiqat işləri müzakirə olunub
06.05.2020 12:18
  • A-
  • A
  • A+

Folklor İnstitutunun əməkdaşlarının elmi-tədqiqat işləri müzakirə olunub

AMEA-nın Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin onlayn elmi-nəzəri seminarı keçirilib.

Seminarda “Uşaq folklorunun toplanması və sistemləşdirilməsi problemləri”, “Rəvayət mətnlərində möcüzəli doğuluş motivlərinin təsviri” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Diqqətə çatdırılıb ki, mayın 7-də Türkiyənin Daxili İşlər və Mədəniyyət nazirliklərinin dəstəyi ilə İSKAD təşkilatının keçirəcəyi “Beynəlxalq elmi məruzələr söyləmə silsiləsində” adlı onlayn tədbirdə Dədə Qorqud şöbəsinin müdiri, fil.ü.f.d. Ramazan Qafarlı “Türk dastanlarının dünya mədəniyyətində rolu və yeri” mövzusunda məruzə ilə çıxış edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: