Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Radiasiya Problemləri İnstitutunun alimlərinin məqalələri dərc olunub
07.05.2020 13:01
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun alimlərinin məqalələri dərc olunub

AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru, dosent Fərid Əhmədovun “Geiger rejimli fotodiodlarının yeni fiziki modeli”, “Qamma spektrometr üçün ssintilyator və MAPD matrisi”, “Silisium fotoelektron gücləndiricilərin aşağı temperaturda işləməsi”, “Ağır nüvələrin parçalanmasında T-odd asimmetryasını ölçmək üçün qurğu” və “Silisium fotoelektron gücləndiricilər: Statusu və perspektivləri” adlı 5 məqaləsi dərc olunub, “Silisium fotoelektron gücləndiriciləri üçün nəzərdə tutulmuş "Spectrig MAPD" kompakt oxuyucu interfeys” adlı məqaləsi isə çapa təqdim edilib.

Sözügedən müddətdə, həmçinin institutun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru, dosent Elçin Hüseynovun “DTA, TGA və DTG metodlarından istifadə edərək neytron seli ilə şüalanmış nanokristallik silisium karbidin (3C-SiC) istilik parametrlərinin tədqiqi” və “DSC spektroskopiyasından istifadə edərək neytron seli ilə şüalanmış nanokristallik silisium karbidin (3C-SiC) istilik sabiti və istilik axınının tədqiqi” adlı məqalələri, kimya üzrə fəlsəfə doktoru, dosent Zenfira İsgəndərovanın isə “-Al2O3 nanohissəciklərinin tərkibində polixlorobifenil aşqarları olan transformator yağının radiolizinə təsiri” adlı bir məqaləsi dərc olunub.

Qeyd edək, institut alimləri mövcud karantin rejiminin tələblərinə tam əməl etməklə bərabər, səmərəli elmi fəaliyyətlərini davam etdirir, aparılmış tədqiqatların nəticələrinə dair məqalələr hazırlayır, eləcə də onlayn formatda təşkil olunan beynəlxalq videokonfranslarda iştirak edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: