AMEA-nın Radiasiya Problemləri İnstitutunun alimləri, professor Rövşən Xəlilov və biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Nəsibovanın “Ətraf mühitdə yeni koronavirusun (COVID-19) yayılması, müqaviməti, ölümü və genetik müxtəlifliyinə ümumi baxış” adlı məqaləsi beynəlxalq “Advances in Biology & Earth Sciences” jurnalında dərc edilib.
Məqalədə dünyanın bir çox ölkəsində insanların koronavirus pandemiyasına yoluxması, bu virusun sürətlə yayılması, yaratmış olduğu təhlükələr və qlobal problemlər, eyni zamanda COVID-19-dan qorunma yolları haqqında məlumatlar öz əksini tapıb.
Qeyd edək ki, sözügedən jurnal Google Scholar, DOAJ (Directory of Open Access Journals), E-Library (РИНЦ), Ulrich's Periodicals Directory, CAB Abstracts, EBSCO və HINARI kimi elmi bazalarda indeksləşdirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.