Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Koronavirusa qarşı ilk vaksin hazırlanıb
08.05.2020 11:59
  • A-
  • A
  • A+

Koronavirusa qarşı ilk vaksin hazırlanıb

İtaliya tədqiqatçıları dünyada koronavirusu məhv edə biləcək ilk vaksin hazırladıqlarını bildiriblər.

Tədqiqatçılar tezliklə vaksinin insanlar üzərində sınaqlarına başlamağı planlaşdırırlar. Vaksin artıq gəmiricilər üzərində testdən keçirilib. Alimlər siçanlara iynə vurduqdan sonra onlardan anticisimlər götürüblər. Laboratoriya sınaqlarının ilkin nəticələri göstərib ki, anticisimlər koronavirusun insan hüceyrələrinə yoluxmasını dayandırmağa müvəffəq olub.

dailymail.co.uk saytının məlumatına görə, vaksinin hazırlanması ilə məşğul olan şirkətin rəhbəri bildirib ki, dərmanın genişmiqyaslı sınaqları cari ilin payızında keçiriləcək.

  • Paylaş: