Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Akademik Ramiz Məmmədov İctimai TV-də iqlim dəyişmələrinin ekosistemə və insan fəaliyyətinə təsirindən danışıb
08.05.2020 12:29
  • A-
  • A
  • A+

Akademik Ramiz Məmmədov İctimai TV-də iqlim dəyişmələrinin ekosistemə və insan fəaliyyətinə təsirindən danışıb

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov İctimai TV-nin "Sabahın xeyir, Azərbaycan" verilişinin qonağı olub.

Alim qlobal miqyasda baş verən iqlim dəyişmələrinin ekosistemə və insan fəaliyyətinə təsirindən danışıb. O, havaların istiləşməsi, hərarətin artması ilə əsrin sonunda planetdə baş verə biləcək qlobal təhlükələrdən - biomüxtəlifliyin pozulması, bitki örtüyünün dəyişməsi, yağıntıların azalması nəticəsində quraqlığın yaranması, eləcə də səhralaşma proseslərinin labüdlüyü və istiləşmənin Azərbaycanda təzahürlərindən söhbət açıb.

İqlim dəyişmələrinin yeni virusların, mutantların yaranmasına səbəb olduğunu vurğulayan Ramiz Məmmədov COVID-19 yeni növ koronavirusun yaranma problemini də istiləşmə ilə əlaqələndirib.

Verilişi bu link vasitəsilə izləmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: